|
|
|
|

"Korean Air" (KAL) şirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl Yaponiyada hava limanında park edilmiş "Cathay Pacific" sərnişin təyyarəsinə çırpılıb.
525.az xəbər verir ki, içərisində 289 sərnişini olan KAL təyyarəsi Sapporo şəhərinin şimalındakı New Chitose hava limanından qalxmazdan əvvəl uçuş-enmə zolağına doğru hərəkət edərkən qəzaya səbəb olub. Belə ki, KAL təyyarəsi havaya qalxmazdan əvvəl içərisində sərnişinlərin olmadığı park edilmiş "Cathay Pacific" təyyarəsinə çırpılıb.
Yerli yanğınsöndürmə idarələrinin məlumatına görə, toqquşmadan sonra xəsarət alan, yanğın və yanacaq sızması olmayıb.
Qeyd edək ki, qəzanın səbəbləri araşdırılır.
Məhəmməd Tağıyev



