|
|
|
|

Fransanın Avinyon şəhərində toplaşan fermerlər hökumətin kənd təsərrüfatı sektoru ilə bağlı siyasətinə etiraz edib.
525.az xəbər verir ki, 300-ə yaxın fermer Avinyonda həmkarlar ittifaqlarının rəhbərliyi altında bir araya gələrək traktorları ilə bölgə qubernatorluğuna doğru irəliləyib.
İstehsal xərclərinin artması və dəstək ödənişlərinin yetərincə olmaması səbəbindən qazanc əldə edə bilmədiklərini bildirən fermerlər, bu vəziyyətə etiraz olaraq məhsullarını qubernatorluq binasının qarşısına töküblər.
Digər tərəfdən fermerlər hökumətin sektorla bağlı siyasətinə kənd təsərrüfatı tullantılarını yandıraraq reaksiya verib.
Məhəmməd Tağıyev



