|
|
|
|

İsveçdə son 58 ilin ən soyuq günü yanvarın 5-də mənfi 44,6 dərəcə ilə Kirunanın şəhərində qeydə alınıb.
525.az xəbər verir ki, meteorologiyanın verdiyi açıqlamaya görə, yanvarın 5-də Kiruna şəhərinin Vittangi qəsəbəsində temperatur 44,6 dərəcə şaxta olaraq ölçülüb.
Meteorologiya direktoru Sverker Hellström, belə bir soyuq rekorduna əmin olmaq üçün bu vəziyyəti gecikdirərək ictimaiyyətə açıqladıqlarını bildirib.
Qeyd edək ki, ölkədə ən aşağı temperatur 1966-cı ildə Norrbotten bölgəsindəki Vuoqqatjalme qəsəbəsində mənfi 52,6 dərəcə ilə ölçülmüşdü.
Məhəmməd Tağıyev



