|
|
|
|

Çin iqtisadiyyatı 2023-cü ildə illik bazda 5,2 faiz artıb.
525.az xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin yanvar-dekabr dövründə əvvəlki ilə nisbətən 5,2 faiz artıb.
2022-ci ildə 120,4 trilyon yuan (17,01 trilyon dollar) olan ÜDM 2023-cü ildə 126,06 trilyon yuana (17,71 trilyon dollar) çatıb.
Qeyd edək ki, artım sürəti Çin hökumətinin 2023-cü il üçün təxminən 5 faiz artım hədəfini ötüb.
Məhəmməd Tağıyev



