|
|
|
|

Venesuelanın vitse-prezidenti Delc Rodriqez ABŞ-nin ölkəsinə iqtisadi soyqırım etdiyini bildirib.
525.az xəbər verir ki, Venesuelada yerləşən "Telesur" televiziyasına açıqlama verən Rodriqez: "ABŞ-nin Venesuelaya vurduğu zərbəyə baxmayaraq, biz ayaqda qalmağa, dövlət sosial siyasətlərini inkişaf etdirməyə çalışırıq", - deyib.
Rodriqez sosializm modeli sayəsində xalq üçün qida proqramları həyata keçirdiklərini və bu modelin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul edildiyini bildirib.
Məhəmməd Tağıyev



