|
|
|
|

Qırğızıstanın paytaxtı Bişkekdə "Mi-8" tipli hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.
525.az xəbər verir ki, Qırğızıstan Müdafiə Nazirliyinə məxsus "Mi-8" tipli hərbi helikopter poliqonda təlim uçuşu həyata keçirərkən eniş zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində xəsarət alanların olduğu və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Qeyd edək ki, Qırğızıstan Müdafiə Nazirliyi qəza ilə bağlı açıqlama verməyib.
Məhəmməd Tağıyev



