|
|
|
|

ABŞ-də təsirli olan qütb soyuğu üçün ölkə daxilində 200 milyondan çox insana təhlükəli qış şərtləri ilə bağlı xəbərdarlıq edildiyi halda, 7 nəfərin öldüyü açıqlanıb.
525.az xəbər verir ki, Milli Meteorologiya Xidməti ölkənin orta şimal bölgələrində və şimal-şərq ştatlarında külək səbəbindən havanın temperaturunun mənfi 34 dərəcəyə enə biləcəyini bildirib.
Belə ki, qütb soyuqlarının yaratdığı ekstremal qış şəraiti səbəbiylə Portlenddə 4, Viskonsin ştatında isə 3 evsiz həyatını itirib.
Qeyd edək ki, Nyu-York, Baltimor və Vaşinqton şəhərləri mövsümün ilk qarını görərkən, xüsusilə qarın çox olduğu bölgələrdə məktəblər bağlanıb.
Məhəmməd Tağıyev



