|
|
|
|

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Lyayen Macarıstanın təxminən 20 milyard avro vəsaitinin dondurulduğunu xatırladaraq, bütün lazımi şərtlər yerinə yetirilməyənə qədər vəsaitin sərbəst buraxılmayacağını bildirib.
525.az xəbər verir ki, Fon der Lyayen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında çıxış edib.
Fon der Lyayen: "Sərhədlərimizdən bir qədər kənarda iki qanlı müharibə gedir. İnsanlar çox əziyyət çəkirlər. Rusiyanın başlatdığı enerji və ərzaq böhranından sonra Husilərin Qırmızı dənizdəki hücumları səbəbindən qlobal ticarət pozulur", - deyib.
Von der Leyen dünyanın qarşıdurma, parçalanma və qorxu dövrünə qədəm qoyduğunu, bu halda məsələlərin Aİ daxilində məsuliyyətlə diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayıb.
Məhəmməd Tağıyev



