|
|
|
|

Nigeriyanın Niger əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayının 12-yə yüksəldiyi bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şaqunu bölgə rəsmilərindən Faruk Ömər Niger çayında qayıq qəzasından sonra davam edən xilasetmə işləri zamanı daha 4 nəfərin cəsədinin tapıldığını bildirib. Bununla da qəzada ölənlərin sayı 12-yə yüksəlib.
Bölgədə indiyədək aparılan işlərdə 80 nəfərin xilas edildiyini qeyd edən Ömər, bu şəxslərin ətraf xəstəxanalarda müalicə altına alındığını bildirib.
Ömər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin ictimaiyyətlə əlaqələr mütəxəssisi İbrahim Hüseyn yanvarın 15-də Niger çayında çevrilən qayıqda təxminən 100 nəfərin olduğunu bildirib.
Malik Atilay



