|
|
|
|

Koreya Respublikası, ABŞ və Yaponiya Koreya yarımadasının cənubunda birgə hərbi dəniz təlimi keçirib.
525.az "Yonhap"a istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, ABŞ və Yaponiya ilə Ceju adasının yaxınlığında keçirilən ortaq dəniz təliminə "USS Carl Vinson" təyyarədaşıyan gəmisi də daxil olmaqla üç ölkəyə aid 9 döyüş gəmisi iştirak edib.
İştirakçı ölkələrin “Şimali Koreyanın nüvə, raket və dəniz təhdidlərinə qarşı çəkindirmə və cavab qabiliyyətini gücləndirməyi” hədəflədiklərini bildirən bəyanata görə, təlim yanvarın 15-də başlayıb və bu gün başa çatıb.
Qeyd edək ki, Şimali Koreya yanvarın 15-də hipersəs döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raketin uçuş sınağını keçirib.
Malik Atilay



