|
|
|
|

Çinin əhalisi 2022-ci ildə başlayan uzunmüddətli azalma tendensiyasını davam etdirərək 2023-cü ildə təxminən 2 milyon nəfər azalıb.
525.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona qədər azalıb.
Ölkə əhalisi 2022-ci ildə başlayan azalma tendensiyasını 2023-cü ildə də davam etdirib.
Qeyd edək ki, Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki quraqlıq və qıtlıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb.
Malik Atilay



