|
|
|
|

"Avropa İttifaqı Ukraynaya silah tədarükünü dayandırmasa, slavyan xalqları birləşərək Qərbi Avropanı yerlə-yeksan edəcək", - Avropa Parlamentinin Slovakiyadan olan deputatı Miroslav Radakovski bildirib.
525.az bu barədə TASS-a istinadən xəbər verir.
“Əgər bunun qarşısı alınmasa, o zaman biz slavyanlar qardaş kimi birləşəcəyik və Qərbi Avropanı yerlə-yeksan edəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun Kiyevə silah yardımı üçün büdcə vəsaitinin azaldığını deyib.
Havar Şəfiyeva



