|
|
|
|

Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin aktiv hücumu səbəbindən çətin vəziyyətə düşüb.
525.az TASS-a istinadən xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq hazırkı vəziyyəti Ukrayna ordusu üçün çətin adlandırıb. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun gözlənilən nəticəni vermədiyini etiraf edib.
Qeyd edək ki, əvvəllər Stoltenberq Alyans üzvlərinin büdcə müdafiə vəsaitlərindən istifadənin başqa yolunu bilmirlərsə, onların pullarını Ukraynaya xərcləməyə kömək etməyə hazır olduğunu bəyan edib.
Havar Şəfiyeva



