|
|
|
|

Avropa İttifaqı (Aİ) indi tam degenerasiya (dağılmağa uyğun - red.) vəziyyətindədir.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın keçmiş Baş naziri, “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski bildirib.
O qeyd edib ki, Aİ-nin Polşada qanunun aliliyi uğrunda mübarizəsi "böyük bir komediya” idi və ölkə yanlış insanlar tərəfindən idarə olunurdu.
O, öz mövqeyini Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski və onun müavini Macey Vońsikin həbslərinə, habelə bəzi Polşa dövlət mediasının bağlanmasına Aİ-nin reaksiyasının olmaması ilə izah edib.
Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna bir müddət əvvəl bildirib ki, Varşava NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində alman qoşunlarını ölkə ərazisinə daxil etməyə və yerləşdirməyə razıdır. O, həmçinin qeyd edib ki, Almaniya Polşa üçün dost və etibarlı tərəfdaşdır, buna görə də ölkə alman qoşunlarının yerləşdirilməsinə razılıq verib.
Havar Şəfiyeva



