|
|
|
|

Tailandın mərkəzi bölgəsində atəşfəşanlıq fabrikində baş verən partlayış nəticəsində 22 işçi həlak olub.
525.az xəbər verir ki, axtarış-xilasetmə qrupları tərəfindən verilən açıqlamada ölkənin mərkəzi hissəsində yerləşən Suphan Buri şəhərində atəşfəşanlıq fabrikində partlayışın olduğu bildirilib. Səlahiyyətlilər partlayış nəticəsində 22 işçinin öldüyünü açıqlayıb.
Səlahiyyətlilər həmçinin partlayışda həyatını itirən işçilərdən 20-nin şəxsiyyətinin müəyyən edildiyini və partlayışın təsiri ilə dağıntıların 100 metrə qədər uzağa çatdığını qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin noyabrında həmin fabrikdə partlayış baş vermiş və bir nəfər həlak olmuşdu.
Məhəmməd Tağıyev



