|
|
|
|

ABŞ-nin bəzi ştatlarında qış şəraiti səbəbindən 6 gündə 21 nəfər həyatını itirib.
525.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrindəki 6 ştatda davam edən qar və soyuq hava şəraiti səbəbindən yanvarın 12-dən etibarən Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayı 21-ə yüksəlib.
Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.
Qeyd edək ki, bu gün 1090 reys ləğv edilərkən, 95 minə yaxın insan elektriksiz qalıb.
Məhəmməd Tağıyev



