|
|
|
|

ABŞ Yəməndə husilərin istifadə etdiyi iddia edilən raket sistemlərinə qarşı yeni hücumlar həyata keçirib.
525.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son günlər Qırmızı dənizdəki hərəkətləri ilə gündəmə gələn qrupa qarşı hücum edildiyini açıqlayıb.
Açıqlamada: "Yanvarın 17-də Qırmızı dənizdə naviqasiya azadlığını qorumaq, ABŞ və tərəfdaş dəniz nəqliyyatına hücumların qarşısını almaq üçün davam edən çoxmillətli səylər kontekstində, CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazilərdə 14 raket buraxılış qurğusunu vurub", - deyə bildirilib.
Açıqlamada vurulan raketlərin bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər üçün ciddi təhlükə yaratdığı bildirilib və raketlərin hər an buraxıla biləcəyinə diqqət çəkilib.
Məhəmməd Tağıyev



