|
|
|
|

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı "Boko Haram"a qarşı keçirilən əməliyyatlarda 11 terrorçu zərərsizləşdirilib.
525.az xəbər verir ki, Çad Gölü bölgəsində üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama verdiyi açıqlamada ordunun Timbuktu bölgəsində və Sambisa meşəsində "Boko Harama" qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.
Makama əməliyyatlar zamanı 11 terrorçunun öldürüldüyünü, 25 düşərgənin məhv edildiyini söyləyib.
Qeyd edək ki, terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Məhəmməd Tağıyev



