|
|
|
|

Suriyanın Həsəkə vilayətinin Qamışlı rayonunda İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdirildiyi bazaya raket zərbəsi endirib.
525.az yerli mənbələrdən alınan məlumata istinadən xəbər verir ki, gecə saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Himo bazasına İranın dəstəklədiyi qruplar tərəfindən raket hücumu həyata keçirilib.
Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil.
Amerika rəsmiləri hücumla bağlı hələlik açıqlama verməyib.
ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze PUA-larla hədəfə alınıb.
Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.
Malik Atilay



