|
|
|
|

Nigeriyanın Oyo əyalətində dünən axşam saatlarında baş verən partlayışda 2 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Oyo qubernatoru Seyi Makinde partlayışın baş verdiyi əyalətinin mərkəzinə baş çəkib və hadisə ilə bağlı məlumat alıb.
Makinde səfərdən sonra verdiyi açıqlamada partlayışın qeyri-qanuni mədənçilik nəticəsində baş verdiyini bildirib.
Partlayışda 2 nəfərin həyatını itirdiyini bildirən Makinde 77 nəfərin yaralandığını qeyd edib. Hadisəylə bağlı araşdırmaların davam etdiyini bildirən Makinde, bu mövzuda günahı olan hər kəsin məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.
Qeyd edək ki, Oyo əyalətinin mərkəzində dünən axşam saatlarında baş verən partlayışda bir çox evə ziyan dəyib, çoxlu avtomobil külə dönüb.
Malik Atilay



