|
|
|
|

Fransa Prezidenti Emmanuel Makron prezident seçkilərində keçmiş rəqibi, ifrat sağçı fransalı siyasətçi Erik Zemmurun şüarından istifadə edib.
525.az xəbər verir ki, bu barədə "Le Point" yazır.
Makron yeni hökumətin təyinatı ilə bağlı keçirdiyi son mətbuat konfransı ilə böyük səs-küyə səbəb olub. Çıxışı zamanı o, “Fransa Fransa, sağlam düşüncə, müqavimət və maarifçilik xalqı olaraq qalsın” şüarını işlədib.
Qeyd edək ki, bir sıra fransız siyasətçiləri ölkə prezidentini plagiatda ittiham ediblər. Respublikaçılar Partiyasının sözçüsü Erik Çiotti bu şüardan partiyanın 2021-ci il praymerizləri zamanı istifadə etdiyini bildirib.
Havar Şəfiyeva



