|
|
|
|

Filippin və Çin xüsusilə aralarında suverenlik mübahisəsinin olduğu Cənubi Çin dənizinə son müdaxilələrdən sonra bölgədəki gərginliyi azaltmaq üçün işləmək razılığına gəliblər.
525.az xəbər verir ki, Filippin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Şanxayda keçirilən görüşdə mübahisəli bölgədəki vəziyyəti sakitləşdirmək üçün Çinlə danışıqlar aparılıb. Tərəflər insidentlər diplomatiya yolu ilə sakit şəkildə həll olunması barədə razılığa gəliblər.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada da Cənubi Çin dənizindəki problemi daha yaxşı idarə etmək üçün Filippinlə əlaqəni yaxşılaşdırmaq və dostluq danışıqları aparmaq barədə razılığa gəldikləri bildirilib.
Məhəmməd Tağıyev



