|
|
|
|

Avropa İttifaqı (Aİ) vəsaitləri dondurmaqla Macarıstan siyasətinə təsir göstərə bilməz.
525.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Nəşr xatırladır ki, bu şəkildə Orban qalan 20 milyard avro yardımla bağlı Aİ ilə mübahisədə “qırmızı xətləri” xatırladan nazirlərindən birinin fikrini təkrarlayıb. Brüssel Budapeştin qanunun aliliyini və korrupsiya səviyyəsini pozmaqda ittiham etdiyinə görə onları saxlamağa davam edir.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın Baş nazirinin ofisi Avropa Parlamentini (AP) vəsait tələb etməklə Budapeştə təzyiq göstərməkdə ittiham edib.
Havar Şəfiyeva



