|
|
|
|

Cənubi Koreyanın müxalifət lideri Li Jae-Munq Şimali Koreyanın rəhbəri Kim Çen In-i raket təxribatlarını dayandırmağa, atası və babası, KXDR-in keçmiş liderləri Kim Çen İr və Kim İr Senin irsini pozmamağa çağırıb.
525.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
“Kim Çen In raket təxribatlarını dərhal dayandırmalı və düşmənçilik hərəkətlərinə son qoymalıdır. O, çalışmalıdır ki, sələflərinin səylərinə zərbə vurmasın”, - deyə siyasətçi bildirib.
Li Jae-Mung, həmçinin Cənubi Koreya prezidenti Yoon Seok-yeol-u hökumətin KXDR-ə qarşı düşmən siyasi mövqeyini dəyişməyə çağırıb və qeyd edib ki, Koreya yarımadasında sülhün qorunması ölkə iqtisadiyyatı və insanların həyatı üçün əsas məsələdir.
Havar Şəfiyeva



