|
|
|
|

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda şiə Hizbullah partiyasının silahlı qüvvələrinin mövqelərinə hücum edib.
525.az APA-ya istinadənxəbər verir ki, zərbələr İsrailin şimal bölgələrini atəşə tutan Markaba, Tallus və Şeyxin kəndlərinin yaxınlığındakı atəş nöqtələrinə endirilib.
Məlumata görə, evlərdən birinə iki raket atılıb və nəticədə ev tamamilə dağılıb. Xilasedicilər və təcili yardım maşınları partlayış yerinə yollanıb.



