|
|
|
|

Ukraynanın işğal altındakı Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.
525.az Report-a istinadən xəbər verir ki, USQ-nin Donetskin Tekstilşik mikrorayonuna artilleriya atəşi nəticəsində 27 mülki şəxs həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb.
Rusiya tərəfi Ukraynanı ittiham edir. Kiyev ittihamları hələlik şərh etməyib.



