|
|
|
|

ABŞ-də Florida qubernatoru Ron DeSantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.
525.az xəbər verir ki, DeSantis geri çəkilmə qərarını "X" sosial media hesabında paylaşdığı video ilə açıqlayıb.
Respublikaçıların ABŞ-nin keçmiş prezidenti Donald Trampa daha bir şans vermək istədiyini deyən DeSantis: "Donald Tramp və mənim aramda COVID-19 pandemiyası və Entoni Fauci seçimi ilə bağlı bəzi fikir ayrılıqları var idi. Ancaq Trampın hazırkı prezident Co Baydendən üstün olduğu aydındır", - deyə bildirib.
Qeyd edək ki, DeSantis Respublikaçı namizədi dəstəkləyəcəyinə söz verdiyini və bu sözə əməl edəcəyini bildirib.
Məhəmməd Tağıyev



