|
|
|
|

İrlandiyanın paytaxtı Dublində paytaxtın hava limanına həyata keçirilməsi planlaşdırılan 114 eniş və uçuş qasırğa səbəbindən ertələnib.
525.az Dublin Aeroportunun sosial şəbəkədə yaydığı bildirişə istinadən xəbər verir ki, təxirə salınmış reyslərdən 58-i eniş, 56-sı uçuş olub.
“Reuters”in xəbərinə görə, İrlandiyanın milli meteorologiya xidməti “Met Eireann” bazar günü səhər ölkənin əksər hissəsi, o cümlədən Dublin üçün narıncı hava xəbərdarlığı edib ki, bu da küləklərin insanlara, əmlaka və ərazidəki fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini ifadə edir.
Qərb və şimal-qərb hissələri daha şiddətli qırmızı xəbərdarlığa məruz qalıb.
Qoşqar Bəylərov



