|
|
|
|

Yanvarın 23-də Respublikaçılar Partiyası daxilində ilkin seçkilərin (praymeriz) keçiriləcəyi Nyu-Hempşir ştatında seçicilərin dəstəyinə görə ABŞ-nin keçmiş prezidenti Donald Tramp liderlik edir.
525.az “Report”a istinadən xəbər verir ki, buna CNN telekanalının dərc etdiyi sosioloji sorğunun nəticələri dəlalət edir.
Qarşıdan gələn səsvermədə iştirak etməyi planlaşdıran respublikaçıların 50 %-i Trampı dəstəkləməyə hazırdır. Respondentlərin 39 %-i ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyliyə üstünlük verir. Cəmi 6 % öz seçimini əvvəllər Ayova ştatında partiya fəallarının yığıncaqlarının (kokus) nəticələrinə görə ikinci yeri tutmuş Florida qubernatoru Ron DeSantisin xeyrinə etmək niyyətindədir.
CNN qeyd edib ki, Heyli yanvarın əvvəlindən, anketlər onun 32 %, Trampın isə 39 % səs topladığı vaxtdan bəri mövqeyini yaxşılaşdırıb. Lakin bu, yetərli olmayıb və aralarındakı fərq daha da böyüyüb.
Sorğunun nəticələrinin statistik xətası 2 faiz bəndidir. Araşdırma 1-19 yanvar tarixlərində aparılıb. Burada 2 mindən çox insan iştirak edib.



