|
|
|
|

Fransanın müdafiə naziri Sebastien Lecornü bölgədə gərginliyin azaldılması imkanlarını müzakirə etmək üçün İsrailə gəlib.
525.az “Frans Press“ (AFP) agentliyinə istinadən xəbər verir ki, bu, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra fransız nazirin İsrailə ikinci səfəridir.
Agentliyin məlumatına görə, səfərin əsas məqsədi girovların azad edilməsi imkanlarını və regionda gərginliyi azaltmaq yollarını tapmaqdır.
Qeyd edək ki, bazar ertəsi başa çatacaq səfər proqramına “İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantla görüş” daxildir.
Qoşqar Bəylərov



