|
|
|
|

Fransanın 160-dan çox bölgəsində hökumətin mübahisəli immiqrasiya qanununa qarşı nümayişlər keçirilib.
525.az xəbər verir ki, hökumətin mübahisəli immiqrasiya qanunu başda paytaxt Paris olmaqla ölkənin müxtəlif şəhərlərində etirazla qarşılanıb.
Parisin Trocadero meydanında başlayan nümayişə həmkarlar ittifaqları və Dözülməz Fransa (LFI) Partiyasının deputatları Mathilde Panot, Tomas Portes və Rachel Keke də qatılıb.
Qanunun fransız mühacirlərinə və ikili vətəndaşlara qarşı irqçi qanun olduğunu iddia edən nümayişçilər, ölkədə yaşayan hər kəsə yaşayış icazəsi verilməsini tələb ediblər.
Qeyd edək ki, paytaxtdakı nümayişə görə Concorde və Tuileries kimi müxtəlif metro dayanacaqları nəqliyyata bağlanıb.
Məhəmməd Tağıyev



