|
|
|
|

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq ordusu ilə ABŞ ordusunun birgə istifadə etdiyi İraqdakı Ayn əl-Əsəd Hərbi Hava Bazasına raket hücumu edildiyini açıqlayıb.
525.az xəbər verir ki, CENTCOM-un hücumla bağlı verdiyi açıqlamada: "20 Yanvar Bağdad vaxtı ilə saat 18:30 radələrində İranın dəstəklədiyi silahlılar tərəfindən İraqın qərbində Ayn əl-Əsəd Hərbi Hava Bazasını hədəf alan çox sayda ballistik raket atılıb. Raketlərin əksəriyyəti bazanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, digərləri bazanı vurub. Çox sayda ABŞ əməkdaşı travmatik beyin xəsarətləri alıb. Ən azı bir iraqlı hərbçi yaralanıb", - deyə bildirilib.
Məhəmməd Tağıyev



