|
|
|
|

ABŞ Prezidenti Co Baydenin administrasiyası amerikalı əsgərlər arasında itkilər olacağı təqdirdə İranla genişmiqyaslı münaqişənin mümkünlüyünü etiraf edir.
525.az xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Nəşrin qeyd etdiyi kimi, Bayden administrasiyası şiə üsyançılarının Amerika hərbi bazalarına davam edən raket hücumlarına cavab vermək üçün mümkün tədbirləri nəzərdən keçirir. Eyni zamanda, ABŞ hesab edir ki, əsas vəzifə tammiqyaslı hərbi münaqişədən qaçmaqdır.
Bununla belə, rəsmilər özəl olaraq etiraf edirlər ki, hücumlarda Amerika əsgərləri həlak olarsa, müharibə başlaya bilər.
Xatırladaq ki, yanvarın 12-də pilotsuz təyyarə Suriyanın şimal-şərqindəki Həsəkədə ABŞ hərbi bazasına hücum edib və ərazidə üç partlayış baş verib.
Havar Şəfiyeva



