|
|
|
|

İqlim böhranı ilə mübarizədə təsirli nəqliyyat üsullarından biri olaraq görülən elektrikli velosipedlər Nyu-Yorkda rekord sayda yanğına səbəb olub.
525.az xəbər verir ki, Nyu-York Yanğınsöndürmə İdarəsinin verdiyi məlumata görə, elektrik velosipedləri şəhərdə 267 yanğına səbəb olub. Bu yanğınlarda 18 nəfər həlak olub, 150 nəfər yaralanıb.
Qeyd edək ki, rəsmi məlumatlara görə, ABŞ-də 2019-2022-ci illərdə elektrikli velosiped satışları 269 faiz artım göstərmişdi.
Məhəmməd Tağıyev



