|
|
|
|

İndoneziyanın Yava adasında yerləşən ölkənin ən aktiv vulkanı olan Merapinin püskürməsi nəticəsində kül buludları və lava axınları əmələ gəlib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, İndoneziya Geoloji Fəlakət Texnologiyaları Araşdırma və İnkişaf Mərkəzinin direktoru Agus Budi Santoso, Merapinin püskürməsindən sonra meydana gələn daş və lava axınının vulkanın ətəyində 2 kilometrlik əraziyə yayıldığını bildirib.
Qeyd edək ki, Santoso, heç bir itkiyə səbəb olmayan partlayış nəticəsində yayılan isti kül və qaz buludunun bəzi şəhərlərdə səmanı bürüdüyünü deyib.
Malik Atilay



