|
|
|
|

ABŞ və Böyük Britaniya qüvvələri Yəmənin paytaxtı Səna ilə yanaşı, Taiz və əl-Beyza şəhərlərinə də hava zərbələri endiriblər.
525.az xarici KİV-ə istinadən bildirir ki, Husilərin “Ənsarullah” internet saytındakı son xəbərlərdə “ABŞ-Britaniya qüvvələri paytaxt Səna və bəzi vilayətlərə hava hücumu edib” deyilib.
Xəbərdə, "Bu hava hücumlarından dördü Sənadakı əl-Deylami Hərbi Hava Bazasını, digər dörd hücum isə əs-Səbin rayonundakı əl-Hafa bölgəsini hədəf alıb", - məlumatı verilib.
Husilərin "Əl-Məsirə" televiziyasının xəbərində ABŞ-Böyük Britaniya döyüş təyyarələrinin Taiz şəhərində iki, Əl-Beyza şəhərində isə bir hədəfi vurduğu bildirilib.
Malik Atilay



