|
|
|
|

ABŞ Ali Məhkəməsi sərhəd patrul naryadlarının vəzifəsini yerinə yetirmək üçün Texas ştatında Meksika ilə sərhəddə qoyulmuş kəsici naqilləri kəsə biləcəyinə qərar verib.
525.az xəbər verir ki, məhkəmə, Co Bayden administrasiyasının federal məmurların qeyri-qanuni mühacirlərin Meksika sərhədindən ABŞ-ə keçməsinin qarşısını almaq üçün Texasda ştat hökuməti tərəfindən qoyulmuş kəsici naqillərinə müdaxilə edə bilməsi tələbini 5 əleyhinə 4 səslə qəbul edib.
Beləliklə, sərhəd naryadlarına vəzifələrini yerinə yetirmək üçün naqilləri kəsməyə icazə verilib.
Qeyd edək ki, Texas qubernatoru Qreq Abbott qeyri-qanuni immiqrantların ölkəyə keçməsinin qarşısını almaq üçün sərhəddə kəsici naqillərin quraşdırılmasına icazə vermişdi.
Məhəmməd Tağıyev



