|
|
|
|

ABŞ-nin ən böyük dövlət universitet sistemi olan Kaliforniya Dövlət Universitetinin (CSU) professor-müəllim heyəti və bəzi işçiləri maaşların artırılması və digər tələblərlə bağlı razılığa gələ bilmədikdən sonra rəhbərliyinə qarşı tətilə başlayıblar.
525.az xəbər verir ki, təxminən 30 min üzvü olan Kaliforniya Fakültəsi Dərnəyi (CFA) həmkarlar ittifaqı tərəfindən edilən açıqlamada daha yüksək maaş tələblərini qəbul etməyən universitet rəhbərliyinə qarşı bu gündən etibarən 1 həftəlik iş dayandırmağa başladıqları ifadə edilib.
Açıqlamada professorlar, tədqiqatçılar, kitabxanaçılar və digər işçilər də daxil olmaqla təxminən 30 min həmkarlar ittifaqı üzvünün CSU-nun 23 fərqli kampusunda həftə ərzində tətili davam etdirəcəyinə dair məlumatlar yer alıb.
CSU rəsmiləri maaş tələblərinin maliyyə baxımından uyğun olmadığını, lakin maaşlarına 5 faiz artım vermək səlahiyyətinə malik olduqlarını açıqlayıb.

Məhəmməd Tağıyev



