https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg "Türkman", yoxsa "türkmən"? - Qəzənfər Paşayev yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya qoyub? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
search
3 May 2024

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

Sentyabrın 9-da Qırğız Respublikasının Çolpon-ata şəhərində "Köçərilərin I Ümumdünya Oyunları"nın açılış mərasimi keçirilib.

525.az-ın məlumatına görə, açılış mərasimindən əvvəl Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından Ümumdünya oyunlarında iştirak edən ölkələrin nümayəndə heyətlərininin şərəfinə rəsmi ziyafət təşkil olunub.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ziyafətdə iştirak ediblər. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, ABŞ,  Əfqanıstan, Avstriya, Monqolustan, Almaniya, İsveç və digər ölkələrin qatıldığı bu möhtəşəm etno-idman və turizm tədbirində ölkəmizi 30-dan çox idmançı təmsil edir. 

Qırğız Respublikasının təbiət incisi olan İsikul gölünün sahilində on minlərlə tamaşaçının iştirakı ilə keçirilən aşılış mərasimində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yarışların tarixi əhəmiyyətindən danışıb. O, qloballaşan dünyada xalqların bir-birinə daha da yaxınlaşması üçün idman yarışlarının bu formatının əhəmiyyətini xüsusi diqqətə çəkmiş, belə tədbirlərin hər il keçirilməsi zəruriliyini vurğulayıb.

Prezident A.Atambayev "Köçərilərin I Ümumdünya Oyunları"nın keçirilməsi təşəbbüsünə böyük dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Türkiyə və Qazaxıstan Respublikasının prezidentlərinə xüsusi təşəkkürünü bildirib. Açılış mərasimində iştirakçı ölkələrin idmançıları təntənəli marş sədaları altında tribunanın önündən keçiblər.

Milli komandaların yarışları sentyabın 15-dək davam edəcək.

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

İdmançılarımız Qırğızıstanda beynəlxalq yarışda - Fotoreportaj

Şəkil sayı: 7
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.