|
|
|
|

ABŞ Xarici İşlər Nazirliyi Rusiyanın Belqorod vilayətində raketlə vurulan və 74 nəfərin, o cümlədən 65 ukraynalı məhbusun içində olduğu Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı faktları üzə çıxarmaq üçün Ukrayna ilə birlikdə çalışdıqlarını bildirib.
525.az xəbər verir ki, ABŞ XİN mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin qəza ilə bağlı beynəlxalq araşdırmaya çağırışına toxunan Patel: "Biz faktların üzə çıxarılması üçün Ukraynadakı həmkarlarımızla sıx işləməyə davam edirik", - deyib.


Məhəmməd Tağıyev



