|
|
|
|

Fransanın Nimes şəhərində A9 avtomobil yolunu bağlayan fermerlər xaricdən gətirilən meyvələri yola səpərək yandırıblar.
525.az xəbər verir ki, Fransada fermerlərin etirazları artmaqda davam edir. Hökumətin kənd təsərrüfatı siyasətlərinə və ətraf mühit qaydalarına reaksiya verən fermerlər ölkənin cənubundakı Nimes şəhərindən keçən A9 magistral yolunu nəqliyyatın hərəkəti üçün bağlayıb.
Səsini hökumətə çatdırmağa çalışan fermerlər yeşiklərlə gətirdikləri meyvələri magistral yola səpərək yandırıblar. Bəziləri isə kəsdikləri ağac budaqlarını yola atıb.
Qeyd edək ki, Fransanın ən böyük fermerlər birliyi olan FNSEA, nümayişlərin tələbləri yerinə yetirilənə qədər davam edəcəyini açıqlayıb.
Məhəmməd Tağıyev



