|
|
|
|

Çində 5,5 maqnitudalı zəlzələ olub.
525.az “Report”a istinadən xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyasının məlumatına görə, Almatıda 2 bal gücündə yeraltı təkanlar hiss olunub. Zəlzələnin episentri Çinin Almatı şəhərindən 257 kilometr cənub-şərqdə yerləşib.
Daha əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat vermişdi ki, yanvarın 23-dən respublikada 1,9 mindən çox yeraltı təkan qeydə alınıb.



