|
|
|
|

Yaponiyanın Baş naziri Fumio Kişida bildirib ki, mümkün qədər tez KXDR rəhbəri Kim Çen In ilə görüşmək lazımdır.
525.az xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" Agentliyi məlumat yayıb.
“Yaponiya-Şimali Koreya münasibətlərindəki problemləri həll etmək və hər iki ölkə üçün yeni era başlamaq niyyətimi Kim Çen Ina çatdırmağa davam edirəm, eyni zamanda hesab edirəm ki, ən qısa zamanda sammit görüşünün keçirilməsi zəruridir. Görüş danışıqları irəli apara bilər”, - deyə siyasətçi bildirib.
O qeyd edib ki, bu məqsədlə müxtəlif kanallar vasitəsilə iş gedir, lakin onun təfərrüatlarını açıqlamaqdan imtina edib, çünki bu, gələcək danışıqlara təsir edə bilər.
Havar Şəfiyeva



