https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

“Neftçi” və “Xəzər Lənkəran”ın oyunçularına cəza

“Neftçi” və “Xəzər Lənkəran”ın oyunçularına cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın beşinci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 40-cı dəqiqəsində “Neftçi” klubunun  futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Tieqo de Xesus idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının V turunun “Simurq” – “Qəbələ” matçında “Simurq” klubunun 5 , “Qəbələ”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Aleksandru Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olub.       

Matçın 20-ci dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.