|
|
|
|

Rusiya Xarici İşlər Nazirliyi Moldovada separatçı Dnestryanı bölgə sakinlərinin müdafiəsinin prioritet olduğunu açıqlayıb.
525.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Dnestryanı bölgənin Rusiyadan müdafiə tələbini dəyərləndirib.
"Dnestryanı sakinlərin maraqlarının qorunması (Rusiyanın) prioritetlərindən biridir. Bütün daxil olan müraciətlər Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə qiymətləndirilir", - xəbərdə deyilir.
Moldovanın tərkibində yerləşən və birtərəfli müstəqilliyini elan edən separatçı Dnestryanı bölgə bu gün Rusiyadan müdafiə tələb etmək qərarına gəlib.
Qərarda Moldova rəhbərliyinin son vaxtlar bölgəyə təzyiqlərini artırdığı və Dnestryanıda yaşayan təxminən 220 min Rusiya vətəndaşının müdafiəyə ehtiyacı olduğu vurğulanıb.
Malik Atilay



