|
|
|
|

Türkiyə yeni kamikadze dron istehsal edib.
525.az “Report”-a istinadən xəbər verir ki, “AZAT FPV” dronu Qətərdəki müdafiə sənayesi sərgisində nümayiş olunub.
Onun 3 fərqli ölçüdə, 2 növü var. Çəkisi 2 kiloqramdır. 800 qram yük daşıya bilən dron havada 20 dəqiqə qalır.
Dronun konkret olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.



