|
|
|
|

ABŞ Prezidenti Co Bayden ölkənin keçmiş rəhbəri Donald Trampı sərhəd təhlükəsizliyi məsələsində əməkdaşlığa çağırıb.
525.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Cənab Trampa deyəcəyim budur: siyasət oynamaq, Konqres üzvlərini qanun layihələrinin qarşısını almağa inandırmaq əvəzinə, mənə qoşulun”, - Amerika lideri bildirib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-nin ölmək üzrə olduğunu və sərhəddəki vəziyyətin fəlakətə çevriləcəyini bildirmişdi.
Havar Şəfiyeva



