|
|
|
|

Qazaxıstanın cənubunda Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Almatıdan 31 kilometr cənubda olan 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 11:22-də baş verib.
Almatı Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada küçələrə çıxan şəhər sakinlərinə panikaya düşməmələri barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, can itkisinin olmadığı və zərərlə bağlı məlumat toplama işlərinin davam etdiyi bildirilib.
Məhəmməd Tağıyev



