https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

Velosipedçimiz 111 idmançı arasında 10-cu oldu

Velosipedçimiz 111 idmançı arasında 10-cu oldu
Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Tural İsgəndərov İtaliyada 23 yaşadək velosipedçilər arasında təşkil olunan birgünlük "Custoza" Qran-Prisində mübarizə aparıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, kifayət qədər çətin marşrutu ilə diqqət çəkən yarış velosipedçimizin uğurlu çıxışı ilə yadda qalıb.

125 km-lik mübarizənin yekununda 111 velosipedçidən yalnız 18-i finiş xəttinə yetişə bilib ki, onların arasında həmvətənimiz də var - Tural yarış qalibindən 2 dəqiqə, 20 saniyə geri qalmaqla 10-cu nəticə göstərib və təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq və bu yürüşlər ilin əsas yarışına hazırlıq xarakteri daşıyır.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.