Meksikada narkotik karteli 30 Gürcüstan vətəndaşını qaçırıb.
525.az Modern.az-a istinadən xəbər verir ki, cinayətkar təşkilat 90 min dollar fidyə tələb edir. Girov götürülənlər arasında uşaqlar da var.
Bildirilir ki, əsir götürülən Gürcüstan vətəndaşları Meksikadan ABŞ-yə sərhədi keçməyə cəhd ediblər. Məlumata görə, kartelin tələb etdiyi məbləğin yarısı artıq ödənilib.
Kartelin ümumilikdə 90 əcnəbini girov götürdüyü bildirilir.